• Bakı 14° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Efiopiyada torpaq sürüşməsi: ölənlər var

DÜNYA

25 Avqust 2024 | 18:14 | Müəllif: Subhan Mahmudov

Efiopiyada torpaq sürüşməsi: ölənlər var

Efiopiyanın şimalında, Amhara əyalətində torpaq sürüşməsi nəticəsində 10 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə yerli rəsmi Tesfaye Vorkneyə istinadən "Amhara Media Corporation" xəbər yayıb.

Qeyd edilir ki, təbii hadisə avqustun 24-ü axşam saatlarında Qonder şəhərinin şimal bölgəsində baş verib. Zərərçəkənlərə tibbi yardım göstərilir.

Bundan əlavə, təbii fəlakət səbəbindən 2 mindən çox insan təxliyə edilib, onlar hazırda müvəqqəti məskunlaşma mərkəzlərindədir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR