• Bakı 25° C

    3.03 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

İtaliyada zəlzələ oldu

DÜNYA

26 Iyul 2024 | 18:40

İtaliyada zəlzələ oldu

İtaliya sahillərində 4 bal gücündə zəlzələ olub.

Bakıvaxtı.az xəbər verir ki, İtaliyanın Geofizika və Vulkanologiya İnstitutu (INGV) məlumatına əsasən, episentri Bakoli bələdiyyəsindən 2 kilometr, Neapol şəhərindən isə 13 kilometr uzaqlıqda dənizdə olan zəlzələnin ocağı 4 kilometr dərinlikdə yerləşib.

Zəlzələ episentrə yaxın bələdiyyələrdə, eyni zamanda Kampi Fleqrey və Neapol şəhərlərinin müxtəlif məhəllələrində, Proketa və Arturo adalarında da hiss olunub.

Yeraltı təkandan dərhal sonra Neapolda ehtiyat tədbiri olaraq metronun hərəkəti dayandırılıb, hər hansı bir ziyan dəyib-dəyməməsinə görə yoxlamalar və monitorinqlər aparılıb. Mülki Müdafiə qüvvələrinin məlumatına görə, zəlzələ əhali tərəfindən hiss edilsə də, heç bir dağıntı törətməyib.


SON XƏBƏRLƏR

07 Sentyabr 2024