• Bakı 8° C

    10.25 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Tramp FTB-də dindiriləcək

DÜNYA

26 Iyul 2024 | 19:27 | Müəllif: Subhan Mahmudov

Tramp FTB-də dindiriləcək

Federal Təhqiqatlar Bürosu (FTB) Pensilvaniya ştatında seçki kampaniyası zamanı sui-qəsd cəhdi ilə bağlı keçmiş ABŞ prezidenti Donald Trampı sorğu-sual edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumata görə, telekanal qeyd edib ki, o, cinayətin qurbanı olduğu üçün bu, “standart istintaq prosesidir”.

Bir gün əvvəl FTB, güllələr da daxil olmaqla, Trampa hücumun sübutlarını öyrənməyə davam etdiklərini bildirmişdi. Belə ki, FTB direktoru Kristofer Rey əvvəllər Ağ Evin keçmiş rəhbərinin güllə yarası almasına şübhə edərək "Onun qulağına güllə və ya qəlpə dəyib-dəymədiyinə dair bəzi şübhələr var" demişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026