• Bakı 19° C

    5.26 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Putinin planı baş tutsa, Ukrayna sağ qala bilməyəcək - Şolts

DÜNYA

26 Iyun 2024 | 20:08 | Müəllif: Subhan Mahmudov

Putinin planı baş tutsa, Ukrayna sağ qala bilməyəcək - Şolts

Rusiya Prezidenti Vladimir Putinin, xüsusən də Ukraynanın dörd regionunun təhvil verilməsini nəzərdə tutan “sülh planı” həyata keçirilsə, Ukrayna sağ qala bilməyəcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Bundestaqda çıxışı zamanı deyib.

Şoltsun sözlərinə görə, Putin müharibə və yenidən silahlanmaya arxalanmaqda davam edir:

“Bu, ən aydın şəkildə onun guya atəşkəs təklifində əks olunub. Onun tərkibində nə olduğuna baxmağa dəyər. Təkcə atəşi dayandırmaq deyil, həm də işğal olunmamış ərazilərdən də imtina etmək. Ukraynadan həmçinin demilitarizasiya və gələcək hərbi yardımdan imtina etmək tələb olunur. Ukraynanın bundan sağ çıxacağına və Avropada davamlı sülhün bərqərar olacağına inanan hər kəs həddən artıq “Raşn Tudey”ə baxır”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Oktyabr 2026