• Bakı 21° C

    5.65 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Zelenski ingilis dili haqqında qanunu imzaladı

DÜNYA

26 Iyun 2024 | 17:52

Zelenski ingilis dili haqqında qanunu imzaladı

Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə ingilis dilinin fəaliyyət göstərməsi haqqında qanunu imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “RBK Ukrayna” Ukrayna Ali Radasının saytına istinadən məlumat yayıb.

Qeyd olunub ki, Zelenski ingilis dilinin fəaliyyəti ilə bağlı qanun layihəsini təxminən bir il əvvəl Radaya təqdim edib. Parlament dövlət başçısının təşəbbüsünü yalnız bu il iyunun 4-də ikinci oxunuşda qəbul edib.

Sənəd ingilis dilinin Ukraynada beynəlxalq ünsiyyət dillərindən biri statusunu almasını nəzərdə tutur.

Həmçinin qanuna əsasən, indi Ukraynada məmurlar, müqavilə əsasında xidmət edən hərbi qulluqçular, orta və yüksək rütbəli polis zabitləri və digərləri ingilis dilini bilməlidirlər.


SON XƏBƏRLƏR

28 Sentyabr 2024