• Bakı 25° C

    3.03 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

Aİ-nin Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsi təyin edilib

DÜNYA

26 Iyul 2024 | 16:30

Aİ-nin Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsi təyin edilib

Avropa İttifaqı Şurası Maqdalena Qrononu Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə yeni xüsusi nümayəndə təyin edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, M.Qrono səlahiyyət müddəti avqustun 31-də başa çatacaq Toivo Klaarı əvəz edəcək və o, sentyabrın 1-də vəzifəsinin icrasına başlayacaq.

"O, BMT və ATƏT ilə sıx koordinasiya şəraitində Gürcüstandakı böhran da daxil olmaqla münaqişələrin sülh yolu ilə həllinə və Ermənistanla Azərbaycan arasında normallaşma prosesinə töhfə verəcək",-məlumatda qeyd olunub.


SON XƏBƏRLƏR

07 Sentyabr 2024