Oktyabrın 22-24 -də Kazanda keçiriləcək BRİKS sammitində İran və Rusiya arasında hərtərəfli strateji tərəfdaşlığa dair saziş imzalana bilər.
Bakıvaxtı.az xəbər verir ki, bunu İslam Respublikasının Moskvadakı səfiri Kazem Cəlali bildirib.
“Biz bu məsələ ilə bağlı rusiyalı həmkarlarımızla danışdıq. Birinci fikir, həqiqətən, bu sazişin BRICS sammitində imzalamasıdır. Çünki bu sammit genişmiqyaslı tədbirdir. Biz də bu sənədin imzalanmasını ya Tehranda, ya da Moskvada ayrıca görüşə də təxirə sala bilərik".
Mina Mikayılova