• Bakı 22° C

    0.67 m/s

  • USD - 1.7

    EUR - 1.8866

    RUB - 0.0189

Sevinc Vaqifqızının həbs müddəti uzadılıb - YENİLƏNİB

HADİSƏ

07 Sentyabr 2024 | 12:58

Sevinc Vaqifqızının həbs müddəti uzadılıb - YENİLƏNİB

“Abzas media”nın baş redaktoru Sevinc Vaqifqızının həbs müddəti uzadılıb.

Bakıvaxtı.az xəbər verir ki, qərar Bakı şəhəri Xətai Rayon Məhkəməsində hakim Sahibə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə qəbul olunub.

Qərara əsasən, onun barəsində olan həbs qətimkan tədbiri daha üç ay uzadılıb.

Qeyd edək ki, S.Vaqifqızı ötən ilin noyabrında saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçalmalçılıq) maddəsi ilə təqsirli bilinir.

***

12:42

"Abzas Media" işi çərçivəsində həbs edilən Hafiz Babalı barəsində olan həbs qətimkan tədbiri uzadılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsində keçirilən iclasda qərar qəbul edilib.

Qərara əsasən, onun həbs müddəti daha üç ay uzadılıb.

Xatırladaq ki, H.Babalı ötən il dekabrın 13-də saxlanılıb. Dekabrın 14-də onun barəsində məhkəmə 3 aylıq həbs qətimkan tədbiri seçib.

O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.


SON XƏBƏRLƏR