Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın ölkənin şimalında mümkün hücumun qarşısını almaq üçün Rusiyanın Kursk bölgəsinə hücum etmək qərarına gəldiklərini bildirib.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, Ukrayna prezidenti Zelenski Ambrosetti Forumunda Ukrayna-Rusiya müharibəsi ilə bağlı sessiyada iştirak edib.
Xalqının hər gün və gecə yüzlərlə İHA və raket hücumu təhlükəsi altında yaşadığına diqqət çəkən Ukrayna lideri qeyd edib:
"Putin daha çox uşağı öldürmək üçün daha çox raket atmağa çalışır. Biz özümüzü müdafiə etməyə çalışırıq",- Zelenski bildirib.
Rusiya ərazisinə qarşı uzaqməsafəli silahların istifadəsinə yaşıl işıq yandırılarsa, Kiyevin birbaşa Kremlə hücum edə biləcəyi ilə bağlı bəzi iddiaların olduğunu xatırladan Zelenski ironik şəkildə deyib:
“Kremlə birbaşa hücum? Uzun mənzilli silahlar 200-300 kilometrlər qət edir. Bu, Rusiyanın dərinliklərinə vurmaq üçün qısa bir məsafədir",- prezident diqqətə çatdırıb.
Əli Hüseynov