• Bakı 10° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Narinin harada öldürüldüyü məlum oldu: Yanında kimlər varmış?

DÜNYA

07 Oktyabr 2024 | 10:38

Narinin harada öldürüldüyü məlum oldu: Yanında kimlər varmış?

Türkiyədə itkin düşməsindən 21 gün sonra cansız cəsədi tapılan 8 yaşlı Narin Güranın harada öldürüldüyü və həmin vaxt yanında kimlərin olduğu məlum olub.

Bakıvaxtı.az bu barədə yerli mətbuata istinadla xəbər verir.

Məlumata görə, Diyarbakır Respublika Baş Prokurorluğu tərəfindən Narin Güranın evində toplanan dəlillərə və dəli üzərində əldə edilən DNT nəticələrinə görə onun öz evində öldürüldüyü qənaətinə gəlinib.

İstintaq prokurorlarının əldə etdiyi məlumata görə, evdə olan dəlillərin məhv edilməsi üçün bir çox üsullardan istifadə olunduğu, evdə olan mebel, paltar və xalçaların xüsusi üsullarla yuyulduğu da müəyyən edilib.

Belə ki, evdəki bütün dəlilləri yox etmək üçün edilən cəhdlərə baxmayaraq bəzi əşyaların üzərində DNT təsbit edilib.

Əldə edilən yeni tapıntılar və sübutlarla məlum olub ki, Narin avqustun 21-də saat 15:15-də evə getdikdən az sonra boğularaq öldürülüb.

Narinin saxlanılan əmisi Səlim Güranın saat 15:15-dən əvvəl qardaşı Arif Güranın evində olduğu, Narin evə gələndə də orada olduğu, sonra isə ən az 3 dəfə qısa fasilələrlə evə girib çıxdığını müəyyən edilib.

Bundan başqa bildirilib ki, saat 15:20-15:35 arasında Narinin anası Yüksel Güran ilə Səlim Güran arasında 3 dəfə telefon danışığı olub.

Həmçinin baldız Maşallah Güran və Hediye Güranın saat 15:15-dən sonra 19:00-a qədər Arif Güranın evinə dəfələrlə gəldiyi və evdə suyun müəyyən olunmuş normadan artıq istifadə edildiyi müəyyən edilib.

Diyarbakır Respublika Baş Prokurorluğu tərəfindən şübhəlilərin HTS qeydləri ilə bağlı ekspert qrupları tərəfindən aparılan araşdırma və təsbitlərin tamamlandığı və əldə edilən nəticələrə görə nəzarətə alınan və şübhəli bilinən şübhəlilərin yenidən dindirilməsinə qərar verilib.

Dindirilmələrin nə vaxt keçiriləcəyi ilə bağlı hələlik məlumat verilməyib.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026