• Bakı 11° C

    4.83 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

Şarl Mişel Azərbaycana GƏLİR

DÜNYA

06 Noyabr 2024 | 09:27

Şarl Mişel Azərbaycana GƏLİR

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel gələn həftə Azərbaycana səfər edəcək.

Bakıvaxtı.az xəbər verir ki, o, Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP) iştirak edəcək.

Məlumata görə, Avropa İttifaqını (Aİ) Mişel və təşkilatın iqlim siyasəti üzrə komissatı təmsil edəcək.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen Brüsseldəki siyasi proseslərə görə COP29 iqlim sammitində iştirak etməyəcək. Bildirilir ki, komissiya keçid mərhələsində olduğu üçün Leyen öz institusional vəzifələrinə diqqət yetirəcək.

Xatırladaq ki, artıq 100-dən çox dövlət və hökumət başçısı Azərbaycanda keçiriləcək tədbirdə iştirak edəcəklərini təsdiqləyib.

COP29 konfransı noyabrın 11-22-də, liderlər sammiti isə noyabrın 11-13-də keçiriləcək.


SON XƏBƏRLƏR

26 Dekabr 2024