• Bakı 12° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Putinin hədiyyə etdiyi “sülh” pişiyi Yaponiyada öldü

DÜNYA

06 Dekabr 2024 | 09:19

Putinin hədiyyə etdiyi “sülh” pişiyi Yaponiyada öldü

Rusiya prezidenti Vladimir Putinin Yaponiyanın şimal-şərqindəki Akita prefekturasının qubernatoruna hədiyyə etdiyi “Mir” pişiyi ölüb.

Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Akita ştatının qubernatorluğunun açıqlamasına görə, Vladimir Putinin 2013-cü ildə qubernator Satake Norihisaya hədiyyə olaraq göndərdiyi erkək Sibir pişiyi ölüb.

Pişiyə qulluq edən Satake Mirin məşhur görüntülərini hər il Yaponiyada "22 fevral Milli Pişik Günü"ndə sosial şəbəkədə yayımlayıb.

Mavi gözləri və tüklü boz tükü ilə bütün ölkədə “Putinin hədiyyəsi” kimi tanınan pişiyə rusca sülh mənasını verən “Mir” adı verilib.

Murad Məmmədli


SON XƏBƏRLƏR

18 Aprel 2025