• Bakı C

    15.95 m/s

  • USD - 1.7

    EUR - 1.9308

    RUB - 2.0666

ABŞ müflis olacaq - Mask

DÜNYA

06 Dekabr 2024 | 08:52

ABŞ müflis olacaq - Mask

"Amerika Birləşmiş Ştatları milli borcun artımını dayandırmasa, müflis olacaq və hətta əsas xidmətlərin haqqını ödəyə bilməyəcək".

Bakıvaxtı.az xəbər verir ki, bunu yeni seçilmiş prezident Donald Trampın administrasiyasında hökumətin səmərəliliyinə nail olmaq üzrə departamentin rəhbəri postunu tutacaq amerikalı milyarder İlon Mask deyib.

Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, Amerikanın dövlət borcunun həcmi bu ilin sonuna kimi ÜDM-in 121%-nə, 2029-cu ildə isə heç bir tədbir görülməsə, ÜDM-in 131,7%-nə çatacaq.

Qeyd olunub ki, Co Bayden 2021-ci ilin yanvarında prezident vəzifəsinə gəldiyindən bu günə qədər ölkənin dövlət borcu 28 trilyon dollardan 36 trilyon dollara yüksəlib.

Mina Mikayılova


SON XƏBƏRLƏR

15 Aprel 2025