• Bakı 12° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Lavrov Moskva ilə Vaşinqton arasındakı gizli əlaqələrdən danışdı

DÜNYA

06 Dekabr 2024 | 08:44

Lavrov Moskva ilə Vaşinqton arasındakı gizli əlaqələrdən danışdı

Qeyri-sabit beynəlxalq vəziyyətə və Rusiya ilə ABŞ arasında münasibətlərin pisləşməsinə baxmayaraq, ölkələr müxtəlif məsələləri müzakirə etmək üçün kommunikasiya kanallarını saxlayırlar. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov amerikalı jurnalist Taker Karlsonla müsahibəsində Moskva ilə Vaşinqton arasında davamlı məxfi təmaslardan danışıb.

“Biz Amerika xalqının seçiminə və Donald Trampın seçilməsinə hörmət edirik. Prezident Vladimir Vladimiroviç Putinin dediyi kimi, biz hazırkı administrasiya ilə təmaslara açığıq, lakin indi “top onların meydançasındadır”. Biz heç vaxt təmaslarımızı, iqtisadiyyat, ticarət və təhlükəsizlik sahələrində əlaqələrimizi kəsməmişik”, - Lavrov Trampın Rusiyaya qarşı mümkün addımlarını şərh edərkən deyib.

Eyni zamanda, Lavrov ABŞ prezidenti Co Bayden administrasiyasının rəsmiləri ilə təmaslar barədə suala cavab verməkdən imtina edib.

Mina Mikayılova


SON XƏBƏRLƏR

18 Aprel 2025