Türkiyədə terror təşkilatına qarşı “GÜRZ-18” əməliyyatı keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Naziri Ali Yerlikaya açıqlama verib.
Məlumata görə, Şırnakda həyata keçirilən 'GÜRZ-18' əməliyyatları nəticəsində separatçı terror təşkilatına aid 55 mağara, sığınacaq və yaşayış sahəsi məhv edilib.
Bildirilib ki, əməliyyatların nəticəsində 10 ədəd “M79” tank əleyhinə raket sursatları, 17 ədəd “PKM” pulemyotu, 12,7 mm-lik zenit silahı, 2 ədəd “RPG-7” reaktiv yaylım atəşi, “Zaqros” snayper silahı, “Draqunov” snayper silahı, “AK-47” piyada tüfəngi, 5 “TM 62 M” tank əleyhinə mina, 123 reaktiv yaylım atəşi, 600 zenit sursat, 7,62 mm-lik 3 min 600 “PKMS” pulemyot gülləsi, 5 min 700 atıcı silah gülləsi, 81 mm 8 minaatan sursatı, 500 metr istifadə və kustar üsulla hazırlanmış partlayıcı qurğu ələ keçirilib.
Mina Mikayılova
















