• Bakı C

    7.12 m/s

  • USD - 1.7

    EUR - 1.7609

    RUB - 1.6425

Yaxın Şərqdəki gərginlik dünya üçün ciddi problemlər yaradır: Qəzza hücumundan bir il ötdü

DÜNYA

07 Oktyabr 2024 | 10:48

Yaxın Şərqdəki gərginlik dünya üçün ciddi problemlər yaradır: Qəzza hücumundan bir il ötdü

İsrailin Qəzzaya hücumlarından 1 il ötür.

Qəzzada 2023-cü ilin oktyabrın 7-dən bu yana İsrailin hücumları nəticəsindəən azı 41 870 nəfər ölüb, 97 166 nəfər isə yaralanıb.

41 mindən çox insanın həlak olduğu qarşıdurmanın ötən bir ilini Bakıvaxtı.az-a şərh edən politoloq Tural İsmayılov bildirib ki, Yaxın Şərq coğrafiyasında gərginlik bütün dünya üçün ciddi problemlər yaradır. Onun sözlərinə görə, Qəzza hücumunun üzərindən 1 il keçsə də, bu 1 il ərzində İsrail-Fələstin qarşıdurmasında sülh üçün, dünyanı dəyişmək üçün hansısa pozitiv addımların atılmağına şahidlik etmirik.

Tural İsmayılov, Politoloq

T.İsmayılov qeyd edib ki, Qəzza hücumundan keçən 1 il ərzində dünyamız 3-cü Dünya müharibəsinə daha çox yaxınlaşıb, dünyada siyasi nizamsızlıqlar ən üst səviyyəyə gəlib çatıb və beynəlxalq münasibətlər sisteminin oxu öz kəndarından çıxıb:

“Nəticədə biz bu gün sülhlə sabitlik üçün qlobal həmrəylik və ölkələrin birgə mövqe qoymaq vəziyyəti yerinə qarşıdurmaların, qlobal katolizmlərin şahidliyini edirik”.

Müsahibimiz nəzərə çatdırıb ki, tarix boyu kəskin həddə olan İsrail-Fələstin qarşıdurması özəlliklə son 1 il ərzində həm insan itkilərinin sayına, həm də eyni zamanda dərin nifrət leksikonu və stiuasiyasının mövcudluğuna görə çox üst səviyyələrə gəlib çıxıb:

“Hesab edirəm ki, 1 il ərzində bu qarşıdurmanın nəzarətə alınmaması nəticəsində dünya üçün necə bir təhlükəli vəziyyətlər yarada biləcəyini də növbəti dəfə bütün dünya müşahidə etmiş oldu”.

Mina Mikayılova


SON XƏBƏRLƏR

20 Dekabr 2024