"Misirli immiqrantlar ölkələrinə quru yolu ilə, nigerli mühacirlər isə hava yolu ilə ölkələrinə qayıdacaqlar".
Bakıvaxtı.az "Cumhuriyet"ə istinadən xəbər verir ki, bunu Qeyri-qanuni İmmiqrasiya ilə Mübarizə Şöbəsinin təhlükəsizlik üzrə rəis müavini, polkovnik-leytenant Məhəmməd Buredia deyib.
Onun sözlərinə görə, immiqrantlar öz ölkələrinə könüllü şəkildə göndəriləcəklər.
"Öz ölkələrinə göndərilən immiqrantların hamısı Liviya ərazisinə qanunsuz daxil olublar. Çünki Liviya Aralıq dənizi vasitəsilə qeyri-qanuni yollarla Avropaya çatmaq istəyən qeyri-qanuni miqrantlar üçün çıxış nöqtəsi olaraq görülür".
Gülşən Şərif
















