• Bakı 25° C

    3.03 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

Kanalizasiyadan girərək internet kabellərini oğurladılar - FOTO

DÜNYA

26 Iyul 2024 | 16:46

Kanalizasiyadan girərək internet kabellərini oğurladılar - FOTO

Türkiyədə kanalizasiyadan girərək internet kabellərini oğurlayan şəxslər saxlanılıb.

Bakıvaxtı.az bu barədə yerli mətbuata istinadla xəbər verir.

Məlumata görə, İzmirin Çiğli rayonunda gün ərzində kanalizasiyadan enərək bir telekommunikasiya şirkətinin yeraltı internet kabellərini oğurlayan 3 şübhəli tutulub.

Bildirilib ki, onlar 460 saatlıq təhlükəsizlik kamerası görüntüləri araşdırılaraq yaxalanıb.

Məlum olub ki, şübhəlilər həmin rayonda fəaliyyət göstərən başqa bir telekommunikasiya şirkətinin subpodrat işçiləridir.

Mina Mikayılova

 


SON XƏBƏRLƏR

07 Sentyabr 2024