ABŞ-nin vitse-prezidenti Kamala Harris “TikTok”da səhifə açıb.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Məlumata görə, Kamala Harris seçki kampaniyasının başlaması fonunda hazırkı ABŞ prezidentinin Çin sosial şəbəkəsini qadağan etmək cəhdlərinə baxmayaraq, “TikTok” sosial şəbəkəsində səhifə yaradıb.
“Bu yaxınlarda "TikTok" istifadəçiləri üçün tövsiyə olunan videolarla "Sizin üçün" səhifəsində göründüyümü eşitdim, ona görə də bunu özüm yoxlamağı düşündüm”,- deyə Harris ilk TikTok videosunda bildirib.
Mina Mikayılova
















