• Bakı 11° C

    2.15 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

İranda partlayış oldu

DÜNYA

28 Fevral 2024 | 11:39

İranda partlayış oldu

İranda partlayıcı qurğu işə düşüb, terrorçu ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Tasnim” Zahedan prokuroruna istinadən məlumat yayıb.

    Məlumata görə, İranın Sistan və Bəlucistan vilayətində terror aktı törətməyə cəhd edən terrorçulardan biri əməliyyatı həyata keçirməzdən əvvəl baş verən partlayış nəticəsində ölüb.

    Qeyd edilib ki, iki terrorçu Məhəmməd bölgəsində yol kənarındakı nəzarət-buraxılış məntəqəsi yaxınlığında patrul avtomobilini partlatmaq məqsədi ilə ölkəyə daxil olub. Onlardan biri partlayıcı qurğunun quraşdırılması zamanı ölüb. Digər terrorçu isə qaçıb, axtarışları davam edir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    10 Noyabr 2026