• Bakı 23° C

    19.82 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Bəzi uçuşlar ləğv edildi - SƏBƏB

DÜNYA

28 Fevral 2024 | 13:02

Bəzi uçuşlar ləğv edildi - SƏBƏB

Bəzi uçuşlar ləğv edilib - SƏBƏB

Meksikada Popocatepetl vulkanının aktivləşməsindən sonra bəzi aviaşirkətlər uçuşları təxirə salmalı olub.

Bakıvaxtı.az "TRT Haber"ə istinadən xəbər verir ki, Meksikanın Milli Fəlakətlərin Qarşısının Alınması Mərkəzi Popocatepetl vulkanının 77 dəfə kül püskürməsindən sonra lazımi tədbirlərin görülməsi üçün "ikinci səviyyə" həyəcan siqnalı verildiyini bildirib.

Duman və kül səbəbiylə bəzi aviaşirkətlər paytaxt Mexikodakı Benito Xuarez Beynəlxalq Hava Limanında uçuşları təxirə salıb.

Milli Mülki Mühafizə Koordinasiya Ofisindən verilən açıqlamada vulkandan yağan tüstü və külün hələlik bölgəyə yaxın şəhərlərin sakinləri üçün heç bir risk olmadığı, lakin vulkan fəaliyyətlərinin yaxından izlənəcəyi qeyd edilib.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026