İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Pakistandadır.
Bakıvaxtı.az yerli KİV-ə istinadən xəbər verir ki, o, pakistanlı həmkarı Cəlil Abbas Cilanla görüşüb.
Danışıqların əsas mövzusu İran Silahlı Qüvvələrinin yanvarın 16-da Pakistan ərazisindəki “Ceyş əl-Ədl” qruplaşmasının iki qərargahına hücumu nəticəsində iki ölkə arasında münasibətlərdə yaranmış gərginliyin azaldılmasıdır.
***
08:59
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian İran Silahlı Qüvvələrinin Pakistan ərazisində yerləşən “Ceyş əl-Zolm” qruplaşmasının iki qərargahına zərbə endirməsindən sonra yaranan gərginliyin həlli üçün Pakistana gəlib.
Bakıvaxtı.az xəbər verir ki, səfər Pakistanın xarici işlər naziri vəzifəsini icra edən Cəlil Abbas Cilaninin dəvəti ilə baş tutub.
Xatırladaq ki, yanvarın 16-da İran Silahlı Qüvvələri “Ceyş əl-Zolm” terror qruplaşmasının iki qərargahına hücum edib. Pakistanda yerləşən qərargahı vurmaq üçün pilotsuz uçuş aparatları və raketlərdən istifadə edilib. Nəticədə 2 uşaq ölüb, 3 nəfər yaralanıb.
Əlavə edək ki, 17 yanvar Pakistan İranın cənub-şərqində yerləşən Sistan və Bəlucestan vilayətinin Səravan rayonunun sərhəd kəndlərindən birinə raket zərbələri endirib. Hücumlar nəticəsində 10 nəfər ölüb.




%20(1)jpg-1709098191.webp)











