• Bakı 27° C

    15.23 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

BMT-dən Ukrayna ilə bağlı çağırış

DÜNYA

27 Fevral 2024 | 23:44

BMT-dən Ukrayna ilə bağlı çağırış

BMT bütün tərəfləri Ukraynada münaqişənin daha da gərginləşməsinə səbəb ola biləcək bəyanatlardan çəkinməyə çağırır. 

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bu bəyanatla dünya təşkilatının rəhbərinin nümayəndəsi Stefan Düjarrik Fransa prezidenti Emmanuel Makronun Qərb qoşunlarının Kiyevə yardım üçün mümkün göndərilməsi ilə bağlı sözlərini şərh edərkən deyib. 

“Biz onsuz da ölümcül münaqişəni alovlandırmaq potensialına malik bir çox ritorika eşitmişik. Bizim çağırışımız Ukrayna böhranının lap əvvəlindən dəyişməz qalıb və bu, belə ritorikadan qaçmaqdır”, - deyə Düjariik qeyd edib. 


SON XƏBƏRLƏR

26 Iyul 2024