Qəzza zolağında daha bir jurnalist öldürülüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fələstinin rəsmi agentliyi olan “WAFA” məlumat yayıb.
İsrail döyüş təyyarələri Qəzzanın mərkəzi hissəsində yerləşən Əz-Zəvayidə bölgəsində jurnalist İsam əl-Lulunun evini hədəfə alıb.
Hücumda jurnalist Lulu, əri, oğlu, gəlini və nəvəsi həyatını itirib.
Qeyd edək ki, 7 oktyabr 2023-cü ildən bəri Qəzza zolağında 121 jurnalist həyatını itirib.
Günəş Mərd
















