“Google Chrome” brauzerində kritik boşluq (CVE-2023-6345) aşkarlanıb.
Bakıvaxtı.az Elektron Təhlükəsizlik Xidmətinin məlumatına istinadən xəbər verir ki, boşluq “Google Chrome”un “Skia” kitabxanasının istifadə etdiyi yaddaşın həddən artıq yüklənməsi səbəbindən yaranır.
Boşluq kiberdələduza sistem üzərində ixtiyari icra etmək və fərdi məlumatları ələ keçirmək imkanı verir.
İstifadəçilərə proqram təminatını ən son versiyaya yeniləmələri tövsiyə olunur.