• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Dang qızdırmasından ölənlərin sayı 1060 nəfərə çatıb

DÜNYA

01 Oktyabr 2023 | 21:21

Dang qızdırmasından ölənlərin sayı 1060 nəfərə çatıb

Banqladeşin hər yerinə yayılan dang qızdırması epidemiyası səbəbindən həyatını itirənlərin sayı 1060 nəfərə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, Banqabandhu Tibb Kollecinin dosenti Rafiqul İslam laqeydlik səbəbindən dang xəstəliyinə nəzarət edə bilmədiklərini etiraf edib.

Banqladeş Səhiyyə Xidmətləri Baş Müdirliyinin (DGHS) verdiyi açıqlamada, ölkə daxilində dang qızdırmasından ölənlərin sayının 1060-a yüksəldiyi bildirilib. Ölkədə hər gün minlərlə insan dang qızdırması səbəbilə xəstəxanalara müraciət edərkən, mütəxəssislər bu il dang qızdırmasının vaxtında aşkarlanmaması və xəstəxanaya gec müraciət etmələri səbəbindən ölüm nisbətinin artdığını bildiriblər.

Banqabandhu Tibb Fakültəsindən dosent Rafiqul İslam açıqlamasında ölkənin 64 bölgəsində ilk dəfə dang qızdırmasının yayıldığını və musson mövsümündə və ya digər vaxtlarda təmiz saxlanılmalı olan yerlərin təmizlənmədiyini deyib. Danq qızdırmasının bütün Banqladeşdə yayıldığını bildirən Rəfiqulun sözlərinə görə laqeydlik səbəbindən xəstəliyə nəzarət edə bilməyiblər.

Banqladeşdə dang qızdırmasından ölüm halları son 23 ildə ən yüksək həddə çatdığı halda, keçən il yalnız 281 nəfər dang qızdırmasından dünyasını dəyişib.


SON XƏBƏRLƏR

26 Iyul 2024