• Bakı 14° C

    2.36 m/s

  • USD - 1.7

    EUR - 1.8364

    RUB - 0.0177

Borrell ilk dəfə Ukraynanın müdafiə naziri ilə görüşdü

DÜNYA

01 Oktyabr 2023 | 20:37

Borrell ilk dəfə Ukraynanın müdafiə naziri ilə görüşdü

Avropa İttifaqının (Aİ) xarici siyasət xidmətinin rəhbəri Cozep Borrel ilk dəfə Ukraynanın yeni müdafiə naziri Rüstəm Umerovla görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, görüş Kiyevdə baş tutub.

Borrel "X" sosial şəbəkəsində bildirib ki, tərəflər Kiyevə hərbi yardımı, eləcə də Aİ-dən Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı potensial sazişi müzakirə ediblər.

Qeyd edək ki, Avropa diplomatiyasının rəhbəri dünən, sentyabrın 30-da elan olunmamış səfərlə Ukraynaya gəlib. Əvvəlcə Borrel Odessaya səfər edib və burada Transfiqurasiya kafedralının fonunda Ukraynaya dəstək bəyanatı verib. Daha sonra o, Kiyevə gəlib və Ukrayna prezidenti Zelenski ilə görüşüb.


SON XƏBƏRLƏR