Misir Prezidenti Əbdül Fəttah əs-Sisi Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına başsağlığı verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumat Misirin dövlət başçısının rəsmi saytında yerləşdirilib.
Misir lideri baş vermiş hadisədən dərin kədər hissi keçirdiyini qeyd edib, həlak olanların ailələrinə başsağlığı verərək, onlara Allahdan rəhmət diləyib.
O da qeyd edilib ki, Əbdül Fəttah əs-Sisi xəsarət alanların tezliklə sağalmalarını arzulayıb.