• Bakı 13° C

    0.57 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Misli Premyer Liqası: "Qarabağ" "Səbail"lə qarşılaşacaq

İDMAN

11 Aprel 2025 | 09:26

Misli Premyer Liqası: Qarabağ Səbaillə qarşılaşacaq

Misli Premyer Liqasının XXX turunun açılış oyununda "Qarabağ" "Səbail"lə üz-üzə gələcək.

Bakıvaxtı.az xəbər verir ki, bu gün “ASCO Arena”da keçiriləcək matçı Tural Qurbanov idarə edəcək.

Qarşılaşmanın start fiti saat 19:00-da səslənəcək.

Cari mövsümün başa çatmasına 7 tur qalmış Ağdam təmsilçisi 70 xalla turnir cədvəlinə başçılıq edir. 20 xala malik "Səbail" isə sonuncu - onuncudur.

Misli Premyer Liqası

IV dövrə, XXX tur

11 aprel

19:00. “Səbail” – “Qarabağ”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Kamran Əliyev.
VAR: Fərid Hacıyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“ASCO Arena”

Qeyd edək ki, XXX turun görüşlərinə aprelin 13-də yekun vurulacaq.


SON XƏBƏRLƏR