• Bakı C

    15.2 m/s

  • USD - 1.7

    EUR - 1.9308

    RUB - 2.0666

Moskva Vaşinqtonla normal münasibətlər qurmaq istərdi - Lavrov

DÜNYA

06 Dekabr 2024 | 12:40

Moskva Vaşinqtonla normal münasibətlər qurmaq istərdi - Lavrov

Moskva Vaşinqtonla normal münasibətlər qurmaq istərdi və bu ölkələrin əməkdaşlıq edə bilməməsi üçün heç bir səbəb görmür.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib.

“Hər halda bizim istədiyimiz indiki vəziyyət deyil. Təbii ki, biz bütün qonşularımızla normal münasibətlərin olmasını istərdik. Ümumiyyətlə, bütün ölkələrlə, xüsusən də ABŞ kimi böyük dövlətlə”, - deyə Lavrov Rusiya Federasiyası ilə ABŞ-ın müharibə vəziyyətində olub-olmaması sualını cavablandırıb.

"Biz Rusiya və ABŞ-ın kosmos naminə əməkdaşlıq edə bilməməsi üçün heç bir səbəb görmürük", - Rusiya XİN rəhbəri əlavə edib.


SON XƏBƏRLƏR

15 Aprel 2025