• Bakı 27° C

    1.76 m/s

  • USD - 1.7

    EUR - 1.8505

    RUB - 0.0192

Mövqelərimiz atəşə tutulur: Bu, ermənilər üçün o qədər də ürəkaçan olmayacaq

Gündəm

14 Iyun 2024 | 13:53

Mövqelərimiz atəşə tutulur: Bu, ermənilər üçün o qədər də ürəkaçan olmayacaq

Azərbaycan ordusunun mövqeləri iyunun 12-si və 14-ü Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşə tutulub.

Bakıvaxtı.az-a bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumata görə, İyunun 12-si saat 19:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Buzqov yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

İyunun 14-ü isə saat 07:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Soylan rayonunun Xaçik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Axura yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bəs görəsən atəşkəsin pozulması nəyə hesablanıb?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən hərbi məsələlər üzrə ekspert Üzeyir Cəfərov bildirib ki, son 2 gündə Ermənistan Silahlı Qüvvələrinin Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutmasının Ermənistanda baş verən hadisələrlə birbaşa bağlılığı var.

Onun sözlərinə görə, müəyyən qüvvələr Azərbaycanı bu proseslərə cəlb etmək istəyirlər və onlar Azərbaycanı da Paşinyanın üzərinə qaldırmaq istəyirlər:

“Açdıqları atəş nəticəsində Azərbaycan əsgərlərindən şəhid olan və ya yaralanan əsgərləri olacağı təqdirdə onlar gözəl bilirlər ki, Azərbaycan bunu cavabsız buraxmayacaq. Ona görə çalışırlar ki, Azərbaycan ordusunun mövqelərini davamlı şəkildə atəşə tutsunlar. Azərbaycan cavab addımları atacağı təqdirdə ermənilərin vəziyyəti o qədər də ürəkaçan olmayacaq. Onların itkiləri olacaq və daxili hakimiyyətdə bu itkilərdən Paşinyana qarşı istifadə edəcək”.

Üzeyir Cəfərov: Bəzi qüvvələr Azərbaycanı Paşinyanın üzərinə qaldırmaq istəyir

Ekspert qeyd edib ki, bu, keşiş Baqratın və onun tərəfdarlarının təxribatının bir növ davamıdır və bunun özü də Ermənistan ordusunda vəziyyətin o qədər də ürəkaçan olmadığının göstəricisidir:

“Çox təəssüflər olsun ki, sülh müqaviləsinin imzalanması ilə bağlı müsbət fikirlər səsləndirilən bir zamanda bu cür təxribatlar həyata keçirilir”.

Bu təxribatların qarşısının elə Ermənistanın siyasi-hərbi rəhbərliyi tərəfindən alınacağına ümidi olduğunu vurğulayan Ü.Cəfərov söyləyib ki, əks halda onlar bilirlər ki, Azərbaycan bunu ən sərt şəkildə cavablandıracaq və mövqelərimizin atəşə tutulması Ermənistana hər hansı bir nəticə gətirməyəcək:

“Biz Azərbaycan olaraq Azərbaycan və Ermənistan arasında yaxın vaxtlarda sülh müqaviləsi bağlanmasının və delimitasiya və demarkasiya prosesinin davam etdirilməsinin marağındayıq”.

Mina Mikayılova


SON XƏBƏRLƏR

21 Iyul 2024