• Bakı 28° C

    9.62 m/s

  • USD - 1.7

    EUR - 1.8551

    RUB - 0.0198

Zakir Həsənovun müavinlərinin sayı AZALDILDI

Gündəm

13 Iyul 2024 | 10:01

Zakir Həsənovun müavinlərinin sayı AZALDILDI

Müdafiə Nazirliyinin struktur bölməsinə dəyişiklik edilib.

Bakıvaxtı.az xəbər verir ki, rəsmi olaraq müdafiə nazirinin müavinlərinin sayı azaldılıb.

Belə ki, müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordunun Komandanı vəzifəsi siyahıdan çıxarılıb.

Müdafiə naziri, müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi, müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı, müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı, müdafiə nazirinin müavini - Baş direktor vəzifələri isə yerində qalıb.

Nazirlikdən faktı Trend-ə təsdiq ediblər.


SON XƏBƏRLƏR

07 Avqust 2024