• Bakı C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.7513

    RUB - 1.6667

Nazir Ramiz Mehdiyevin qohumunu rəis müavini təyin edib

GÜNDƏM

09 Avqust 2024 | 12:53

Nazir Ramiz Mehdiyevin qohumunu rəis müavini təyin edib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinə yeni rəis müavini təyin edilib. 

Bakıvaxtı.az xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Elvin Xanlar oğlu Mehdiyev təminat üzrə rəis müavini təyin olunub.

Nazir Ramiz Mehdiyevin qohumunu işdən çıxardı, yeni vəzifə verdi

Qeyd edək ki, Elvin Mehdiyev bir müddət əvvəl Dövlət Yanğından Mühafizə Xidmətinin Maliyyə İdarəsinin rəisi vəzifəsindən azad edilib. 

Polkovnik Elvin Mehdiyev Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qohumudur. Ramiz Mehdiyevin oğlu, general-mayor Teymur Mehdiyev isə fövqəladə hallar nazirinin müavinidir.

Onu da əlavə edək ki, Elvin Mehdiyev əvvəllər Dövlət Gömrük Komitəsində də yüksək vəzifədə çalışıb.


SON XƏBƏRLƏR