• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Müdafiə Nazirliyinin nümayəndə heyəti Türkiyədə səfərdə olub

DÜNYA

25 Fevral 2022 | 19:25

Müdafiə Nazirliyinin nümayəndə heyəti Türkiyədə səfərdə olub

Müdafiə Nazirliyinin nümayəndə heyəti Türkiyədə səfərdə olub.

Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, "13-cü Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası"nın protokoluna uyğun olaraq Müdafiə Nazirliyinin bir qrup zabit heyəti Türkiyədə səfərdə olub.

Türkiyə Quru Qoşunları, Hərbi Təyyarəçilik və Hərbi Dəniz Qüvvələri məktəblərini, eləcə də Türkiyə Respublikası Milli Müdafiə Universitetini ziyarət edən nümayəndə heyəti burada təhsil alan azərbaycanlı kursantlarla görüşüb, onların sosial-məişət şəraiti ilə maraqlanıblar.
Səfər çərçivəsində polkovnik Elşad Əbilov və polkovnik-leytenant Tural Manıyev "Xocalı soyqırımı" və "Qarabağ zəfəri" mövzusunda məruzələrlə çıxış ediblər.

Görüşlər zamanı "Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm qələbə, Azərbaycan və Türkiyə xalqlarının tarixi qardaşlığının və əməkdaşlığının bariz nümunəsidir" mövzusunda brifinq təqdim olunub.

Sonda təhsil müəssisələrinin rəhbər heyəti ilə xatirə şəkilləri çəkilib və qarşılıqlı hədiyyələr təqdim olunub.


Müdafiə Nazirliyinin nümayəndə heyəti Türkiyədə səfərdə olubMüdafiə Nazirliyinin nümayəndə heyəti Türkiyədə səfərdə olub
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026