• Bakı 7° C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

"Qoşunlarımız əks hücuma keçib, qələbə xəbərləri olacaq"

DÜNYA

27 Mart 2022 | 19:17

"Qoşunlarımız əks hücuma keçib, qələbə xəbərləri olacaq"

Ukrayna qoşunları Xarkov, Sumı şəhərlərində, həmçinin Kiyev və Xerson vilayətlərində də əks-hücum əməliyyatlarına başlayıb.

Bakıvaxtı.az UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Aleksiy Aretoviç martın 27-də Rusiyanın hücumu ilə bağlı yaranmış vəziyyətlə əlaqədar keçirdiyi brifinqdə deyib.

“İndi düşmənin iki əsas tapşırığı var - qoşunlarımızı Birləşmiş Qüvvələr Əməliyyat zonasında mühasirəyə almaq, Mariupolun blokdadasını başa çatdırmaq və Xersonda müdafiəni qoruyub saxlamaq. Əgər düşmənin Cənubda müdafiə qabiliyyəti aşağı düşsə, onun Mariupol ətrafında vəziyyəti daha da pisləşəcək", - o deyib.

Eyni zamanda, Arestoviç növbəti iki həftənin "qeyri-bərabər" olacağı barədə də xəbərdarlıq edib:

“Bəzi mövqelərdə qalib gəlməyimiz və əks-hücum barədə məlumatlar olacaq. İkincisi, cəbhənin bəzi istiqamətlərində, xüsusən Şərqdə vəziyyətin çətin olması barədə xəbərlər veriləcək. Və bunun üçün emosional, təşkilati və şüurlu şəkildə hazırlanmaq lazımdır”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR