• Bakı 9° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Müəllim və şagirdlərin qeydiyyatı FİN kodla aparılacaq

CƏMİYYƏT

14 Oktyabr 2022 | 11:45

Müəllim və şagirdlərin qeydiyyatı FİN kodla aparılacaq

“Bundan sonra müəllimlərin və şagirdlərin qeydiyyatı FİN kod vasitəsilə həyata keçiriləcək”.

Bakıvaxtı.az xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.

Nazir incəsənət məktəblərindəki islahat proseslərindən danışıb: "Uşaq musiqi və incəsənət məktəblərində elektron sistemin tətbiq edilməsi, hesab edirəm ki, sözügedən islahatlar istiqamətində ən vacib məsələdir. 210 uşaq musiqi və incəsənət məktəblərində müəllimlərin və şagirdlərin qeydiyyatı və siyahısının elektron sistemə keçirilməsi baş tutub. Yəni bu o deməkdir ki, bu islahatdan sonra müəllimlərin və şagirdlərin qeydiyyatı FİN kod vasitəsilə həyata keçiriləcək. Nəticə etibarilə, bir şagirdin formal olaraq bir neçə məktəbdə təhsil alması və yaxud da hansısa bir müəllimin bir neçə məktəbdə dərs deməsi mümkün olmayacaq".
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026