Leninqrad vilayətinin Krasnoborski şəhərinin rəhbəri Aleksandr Kantserev döyülüb.
Bakıvaxtı.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, naməlum şəxs meri metal boru ilə döyüb. Dövlət qulluqçusu xəstəxanaya yerləşdirilib. Həkimlər ona döş qəfəsinin əzilməsi və kəllə sümüklərinin sınığı diaqnozu qoyublar. Kanserev reanimasiyadadır.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hücum edən şəxsi axtarır.(unikal)
















