• Bakı 12° C

    1.4 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Ermənilər aksiya barədə yalan xəbərlər yayır

CƏMİYYƏT

12 Dekabr 2022 | 22:02 | Müəllif: Subhan Mahmudov

Ermənilər aksiya barədə yalan xəbərlər yayır

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarından etibarən Şuşa-Xankəndi yolunda Rusiya sülhməramlılarının postunda etiraza başlayan Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri aksiyanı davam etdirirlər.

Bakıvaxtı.az xəbər verir ki, Ermənistanın bəzi mətbuat orqanları sosial şəbəkə hesablarında aksiya ilə bağlı yalan məlumat yayaraq beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır.

Belə ki, "Baqramyan 26" adlı teleqram kanalında guya Azərbaycan Ordusunun Laçın dəhlizini bağladığı, Azərbaycan ərazisində yaşayan erməni əhalisini blokadaya aldığı barədə yalan məlumatlar yayılıb. Ermənilərin dezinformasiya şəbəkəsi mülki təşkilatların dinc aksiyasını az qala hərbçilərin hücumu kimi qələmə verirlər.

Qeyd edək ki, Xankəndi-Şuşa yolunda toplaşan etirazçılar arasında ekoloji fəallar daxil olmaqla, müxtəlif QHT-lərin nümayəndələri də var. Aksiya Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ekoloji vəziyyətin gərginləşməsi ilə əlaqədardır.

Aksiya iştirakçıları sülhməramlı qüvvələrin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini, ekoloqların Azərbaycan ərazilərində monitorinq aparmasına şərait yaradılmasını tələb edirlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026