• Bakı 24° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Tofiq Yaqublu xəstəxanaya yerləşdirilib - YENİLƏNİB

CƏMİYYƏT

11 Yanvar 2023 | 19:20 | Müəllif: Subhan Mahmudov

Tofiq Yaqublu xəstəxanaya yerləşdirilib - YENİLƏNİB

Daxili İşlər Nazirliyi xəstəxanaya yerləşdirilən Tofiq Yaqublu ilə bağlı açıqlama yayıb.

DİN-in Mətbuat Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, bu gün həkim Adil Qeybulla DİN-in İnzibati Həbs Olunanların Saxlanılma Mərkəzinə gedərək Tofiq Yaqublu ilə görüşüb. Həkimin məsləhəti ilə T.Yaqublu ətraflı müayinə olunması üçün xəstəxanaya köçürülüb. Tibbi müayinənin nəticəsindən asılı olaraq müvafiq qərar qəbul ediləcək.

 

***18:23

Müsavat Partiyasının inzibati həbsdə olan üzvü Tofiq Yaqublu xəstəxanaya yerləşdirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə onun qızı Nigar Həzi Feysbuk hesabında paylaşım edib.

Onun sözlərinə görə, T.Yaqublu Ə.D. Məlikov adına 6 saylı birləşmiş şəhər xəstəxanasına yerləşdirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026