• Bakı 19° C

    1.5 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

“Xocəsən”ə yeni marşrut xətti təşkil edildi

CƏMİYYƏT

10 Fevral 2023 | 17:38

“Xocəsən”ə yeni marşrut xətti təşkil edildi

“Xocəsən” metro stansiyası istiqamətində ictimai nəqliyyatın təşkili ilə bağlı müraciətləri nəzərə alınaraq 155 nömrəli yeni müntəzəm marşrut xətti təşkil edilib.

Bu barədə Bakıvaxtı.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Yeni müntəzəm marşrut xətti üzrə avtobuslar fevralın 13-dən tarixindən fəaliyyət göstərəcək.

Beləliklə, Binəqədi rayonu Xocəsən qəsəbəsində Şəhid ailələri və müharibə əlilləri üçün inşa edilən Yeni yaşayış massivinin və Xocəsən qəsəbə sakinlərinin metro stansiyası istiqamətində hərəkəti asanlaşacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Oktyabr 2026