• Bakı 25° C

    4.38 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Vasif Talıbov Bakıya gəlir?

CƏMİYYƏT

12 Dekabr 2022 | 22:53 | Müəllif: Subhan Mahmudov

Vasif Talıbov Bakıya gəlir?

Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun Bakıya gəlməyə hazırlaşdığı haqda axşam saatlarında məlumat yayılıb.

Bakıvaxtı.az xəbər verir ki, sosial şəbəkə istifadəçiləri Naxçıvan hava limanında Vasif Talıbovun səfərinə hazırlıq getdiyi haqda məlumat yayıblar.

Bildirilib ki, Ümummilli lider Heydər Əliyevin anım günü olmasına baxmayaraq, Vasif Talıbovun Bakıya Ulu öndərin məzarını ziyarət üçün gəlməsi mübahisəlidir. Çünki bu halda V.Talıbov səhər saatlarında gələrdi.

Buna baxmayaraq, hazırda V.Talıbovun Bakıya gəlib-gəlmədiyi və yaxud Naxçıvan aeroportundakı “hazırlıq işlərinin” aqibəti haqda məlumat yoxdur.

Qeyd edək ki, bu gün Vasif Talıbov Ümummilli lider Heydər Əliyevin Naxçıvandakı abidəsini ziyarət edib.(axar)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026