• Bakı 19° C

    10.1 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Bəzi rayonlar işıqsız qaldı

CƏMİYYƏT

12 Dekabr 2022 | 18:55 | Müəllif: Subhan Mahmudov

Bəzi rayonlar işıqsız qaldı

Respublika ərazisində qarlı və qeyri-sabit hava şəraiti səbəbindən Yardımlı, Qax, Şamaxı, Daşkəsən və Sabirabad rayonları ərazisində bəzi kəndlərin elektrik enerjisi verilişində fasilə yaranıb.

"Azərişıq" ASC-dən Bakıvaxtı.az-a verilən məlumata görə, ASC-nin Qəza xidmətinin əməkdaşları dərhal həmin ərazilərə cəlb edilib, abonentlərin elektrik enerjisi ilə təchiz olunmaları üçün" ASC-nin bütün imkanları səfərbər olunub.

"Kəskin hava şəraiti işin intensiv aparılmasına mane olsa da, lakin 6500-ə yaxın abonentin elektrik enerjisi verilişinin bərpası istiqamətində ciddi işlər görülür", - məlumatda deyilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR