• Bakı 26° C

    5.2 m/s

  • USD - 1.7

    EUR - 1.8253

    RUB - 0.0193

Müəllimlərin NƏZƏRİNƏ! Bunları paylaşmaq qadağan edilir

CƏMİYYƏT

23 May 2024 | 15:33

Müəllimlərin NƏZƏRİNƏ! Bunları paylaşmaq qadağan edilir

Müəllimlərin şəxsi sosial media hesablarında onun və işlədiyi müəssisənin adına xələl gətirən, nüfuzunu aşağı salan audio və videomateriallar, təsvirlər paylaşmaq qadağan edilib.

Bakıvaxtı.az xəbər verir ki,, bu, yeni təsdiqlənən “Təhsilverənlərin etik davranış Qaydaları”nda öz əksini tapıb.

Təhsilverənlərin xidməti fəaliyyətindən kənar davranışına görə, müəllim şəxsi həyatında milli əxlaq, ictimai davranış normalarına əməl etməlidir.

Təhsilverən xidməti fəaliyyətindən kənar sosial münasibətlərinin peşəkar fəaliyyətinə nüfuz etməsinə yol verməməli, sosial media hesablarında onun və işlədiyi müəssisənin adına xələl gətirən, nüfuzunu aşağı salan audio və videomateriallar, təsvirlər paylaşmamalıdır.

Eyni zamanda təhsilverən ictimai davranış normalarına riayət etməli, cəmiyyətin və ayrı-ayrı fərdlərin hüquqlarının pozulmasına gətirib çıxaran əməllərdən çəkinməli, təbiətin, tarixin və mədəni irsin qorunmasına həssas yanaşmalıdır.Report


SON XƏBƏRLƏR

15 Iyun 2024