• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Təkrar sertifikasiya imtahanında səhv sual aşkarlanıb? - Açıqlama

CƏMİYYƏT

22 Iyun 2024 | 13:41 | Müəllif: Gülşən Şərif

Təkrar sertifikasiya imtahanında səhv sual aşkarlanıb? - Açıqlama

İyunun 8-də keçirilən təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində təqdim olunan suallarla bağlı müraciətlər araşdırılıb və səhv sual aşkarlanmayıb.

Bu barədə Bakıvaxtı.az-a Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi üzrə 449-u məzmun, 632-si texniki məsələ olmaqla, ümumilikdə 1081 apellyasiya müraciəti daxil olub. Test imtahanı mərhələsində təqdim olunan suallarla bağlı müraciətlər araşdırılıb və səhv sual aşkarlanmayıb.

Apellyasiya müraciətləri barədə məlumat müəllimlərin şəxsi kabinetlərinə göndərilib. Müəllimlər portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla apellyasiya nəticələri ilə tanış ola bilərlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026