Keçən il ABŞ-da müsəlmanlara və fələstinlilərə qarşı hücumlar və ayrı-seçkilik rekord həddə çatıb.
Bakıvaxtı.az “Reuters” xəbər agentliyinə istinadla bildirir ki, bu barədə Amerika-İslam Münasibətləri Şurasının (CAIR) məlumatında qeyd olunur.
Məlumata görə, 2023-cü ildə CAIR-ə edilən şikayətlərin sayı 8061 olub, bu, əvvəlki illə müqayisədə 56 faiz artım və vəkillik qrupunun təxminən 30 il əvvəl hücumlar və ayrı-seçkilik haqqında qeydlər aparmağa başlamasından bəri ən yüksək şikayət sayıdır.
CAIR bildirib ki, bildirilən hadisələrin təxminən 3600-ü oktyabrdan dekabr ayına qədər baş verib və hadisələrin artmasına İsrailin Qəzzada müharibəsi fonunda islamafobiya və müsəlmanlara qarşı qərəzli münasibət səbəb olub.
Mina Mikayılova
















