• Bakı 17° C

    3.49 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

Mustafa Şəntop Sahibə Qafarovaya təbrik məktubu göndərdi

SİYASƏT

28 May 2022 | 18:36

Mustafa Şəntop Sahibə Qafarovaya təbrik məktubu göndərdi

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop 28 May – Müstəqillik Günü münasibətilə Milli Məclisin sədri Sahibə Qafarovaya təbrik məktubu göndərib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TBMM-in mətbuat xidməti məlumat yayıb.

“Hörmətli sədr, dəyərli həmkarım

Azərbaycanın Müstəqillik Günü münasibətilə Zati-alilərini və qardaş Azərbaycan xalqını türk milləti və şəxsim adından ən səmimi duyğularımla təbrik edirəm. Bu anlamlı gündə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin sağlam təməlləri üzərində yüksələn müstəqil Azərbaycanın günümüzdə hər sahədə əldə etdiyi uğurlar fəxarət hissimizə səbəb olmağa, Türkiyə üçün qürur mənbəyinə çevrilməyə davam edir. Parlamentlərimiz arasındakı mükəmməl səviyyədəki münasibətlərimizin “tək millət, iki dövlət” anlayışının rəhbərliyində yeni zirvələrə yüksələcəyinə ürəkdən inanıram. Mövcud yaxın əməkdaşlığımız təkcə ikitərəfli deyil, üçtərəfli və çoxtərəfli formatlarda da möhkəmlənir və parlamentar diplomatiyaya yeni təkan verir.

Bu fürsətdən istifadə edərək Azərbaycanın Müstəqillik Gününü bir daha təbrik edir, dost və qardaş Azərbaycan xalqına firavanlıq və rifah, Zati-alilərinə və sizin şəxsinizdə Azərbaycan Milli Məclisinin dəyərli üzvlərinə ürəkdən uğur diləklərimi və salamlarımı çatdırıram”, - deyə məktubda qeyd olunub.


SON XƏBƏRLƏR