• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Muzdla işləyənlərin orta aylıq əməkhaqqı açıqlandı

CƏMİYYƏT

29 Noyabr 2023 | 20:07

Muzdla işləyənlərin orta aylıq əməkhaqqı açıqlandı

Bakıda muzdla işləyənlərin orta ayıq əməkhaqqı açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Bakı Statistika İdarəsi məlumat yayıb.

Bildirilib ki, 2023-cü ilin yanvar-sentyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 9,6 faiz artaraq, 1167,9 manat təşkil edib.

Qeyd edək ki, 2023-cü ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,2 faiz artaraq, 919,8 manat olub.

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də, informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.


SON XƏBƏRLƏR

26 Iyul 2024