• Bakı 17° C

    4.03 m/s

Məhkəmə sənədləri vəkillərə belə təqdim ediləcək

CƏMİYYƏT

29 Dekabr 2023 | 17:38

Məhkəmə sənədləri vəkillərə belə təqdim ediləcək

2024-cü ilin 7 yanvar tarixindən etibarən “Elektron məhkəmə" informasiya sistemində “Elektron kabinet”i olan, Ali Məhkəmənin icraatındakı işlərdə müdafiəçi və ya nümayəndə kimi qeydiyyata alınmış Vəkillər Kollegiyasının üzvlərinə məhkəmə sənədlərinin (bildiriş, qərar və sair) “Elektron kabinet” vasitəsilə təqdim edilməsinə üstünlük veriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ali Məhkəmədən məlumat verilib.

Bildirilib ki, bununla yanaşı, “Elektron məhkəmə” informasiya sistemində "Elektron kabinet"i olmayan vəkillərə məhkəmə sənədlərinin kağız daşıyıcıda göndərilməsi də təmin ediləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Oktyabr 2026