• Bakı 8° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Şəhid Hacıəli Qasımov dəfn olunub - YENİLƏNİB

CƏMİYYƏT

28 Yanvar 2024 | 16:43 | Müəllif: Subhan Mahmudov

Şəhid Hacıəli Qasımov dəfn olunub - YENİLƏNİB

Ötən il ordumuz tərəfindən aparılan antiterror tədbirləri zamanı ağır yaralanan və uzun müddət koma vəziyyətinə düşərək şəhidlik zirvəsinə ucalan Hacıəli Qasımov dəfn olunub.

Bakıvaxtı.az xəbər verir ki, mərasimdə şəhidin yaxınları, hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı ağır yaralanan və uzun müddət serebral koma diaqnozu ilə hərbi tibb müəssisəsində müalicə alan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçumuz Qasımov Hacıəli Tahir oğlu həkimlərimizin səylərinə baxmayaraq şəhid olub.

***

15:28

Şəhid  Hacıəli Qasımovla vida mərasimi keçirilir.

Bakıvaxtı.az-ın məlumatına görə, H. Qasımovun cənazəsi Tovuz rayonunun Qaraxanlı kəndində yaşadığı evə gətirilib.

Vida mərasimində şəhidin ailə üzvləri, yaxınları, Tovuz Rayon İcra Hakimiyyətinin nümayəndələri də iştirak edirlər.

Şəhid Qaraxanlı kənd qəbiristanlğında torpağa tapşırılacaq.

Qeyd edək ki, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu (MAXE) Qasımov Hacıəli Tahir oğlu ötən ilin sentyabrın 19-20-də düşmən təxribatının qarşısını alan zaman ağır yaralanıb və ötən  gün şəhid olub. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026