Balenciaga paket çips şəklində çanta buraxıb.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, onlar brendin rəsmi səhifəsində yerləşdirilib.
Təsvirə görə, məhsulun bir bölməsi var və üç versiyada mövcuddur.
Belə ki, mavi çantanın üzərində sirkə və duz təsviri, sarı torbanın üzərində isə pendir və soğan təsvir olunub. Qırmızı model isə öz növbəsində acı bibər dizaynına malikdir.
Bu qarderob əşyasının qiyməti 1750 dollardır.
Mina Mikayılova